ABŞ Ukraynaya 1 milyard dollarlıq yeni yardımı açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə dövlət katibi Entoni Blinken Kiyevdə Ukrayna lideri ilə danışıqlardan əvvəl bildirib.

O, qeyd edib ki, bunun 665 milyonu orduya gedəcək,

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden yaxın gələcəkdə Volodimir Zelenski ilə görüşməyə ümid edir.

Gözlənildiyi kimi, iki dövlət başçılarının görüşü sentyabrın 19-da açılacaq BMT Baş Assambleyasının sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tutacaq.