İranın cənub-qərbində qar uçqunu nəticəsində azı iki nəfər ölüb.
"Unikal" İSNA agentliyinə istinadən xəbər verir ki, 3 nəfərlik ailə qarın altında qalıb. Hadisə nəticəsində onlardan ikisi - kişi və qadın dünyasını dəyişib.
Xilasedicilər uşağı qarın altından çıxara biliblər.
"Tasnim" agentliyi isə hadisə nəticəsində 30-a yaxın turistin qar altında qaldığını bildirib. Qurbanların dəqiq sayı və onların vəziyyəti barədə məlumat verilmir.
Nuranə Abbasova