ABŞ Ukraynaya yeni hərbi yardım ayırıb.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Sabrina Sinq bildirib.

O, sentyabrın 7-də keçirdiyi brifinqdə Ukraynaya 600 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan edib.

Bir gün əvvəl ABŞ rəsmiləri Ukraynaya 1 milyard 665 milyon dollarlıq ümumi yardım paketi elan ediləcəyini açıqlayıb.