Monteneqronun Brezna kəndində keçirilən tənbəllik yarışında yeni rekord qeydə alınıb: yarışın yeddi iştirakçısı artıq 463 saat demək olar ki, hərəkətsiz vəziyyətdə uzanıblar və hələ ayağa qalxmaq fikrində deyillər.

"Unikal" xəbər verir ki, bu  barədə CNN məlumat yayıb.

Bildirilir ki, 21 iştirakçıdan yeddisi “Çernoqoriyanın ən tənbəl vətəndaşı” adı və pul mükafatı uğrunda mübarizəni davam etdirir.  Ötən il tənbəllik yarışına qatılan rekordçu cəmi 117 saat uzana bilib.

Mütəmadi olaraq yarışmada iştirak edən və 2021-ci ildə qalib gələn 38 yaşlı qadın “Hamımız özümüzü yaxşı hiss edirik, əla hiss edirik, səhhətimizlə bağlı heç bir problemimiz yoxdur... Etməli olduğumuz tək şey uzanmağa davam etməkdir”.

Qeyd edək ki, tənbəllik yarışı artıq 12 ildir ki, Monteneqronun Brezna kurort kəndində keçirilir.  

Müsabiqənin şərtlərinə görə, hər səkkiz saatdan bir 10 dəqiqəlik fasilə istisna olmaqla, oturmaq, ayağa qalxmaq və ya hər hansı fiziki fəaliyyətlə məşğul olmaq qadağandır.  Rəqiblər kitab oxuya, noutbuk və smartfonlardan istifadə edə bilərlər. Qalibin mükafatı 1000 avro təşkil edir.

Gülayə Mecid