Norveç Krallığının DNV AS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 25 və 26 may 2023-cü il tarixlərində Azərbacan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsində İSO 21001:2018 – Təhsilin idarəedilməsi standartı üzrə sertifikatlaşdırma auditi keçirilib.

"Unikal" xəbər verir ki, auditi uğurla tamamlayan Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və qonaqpərvərlik və sosial menecment sahələrində mütəxəssislərin hazırlanması” sahəsində İSO 21001:2018-Təhsilin idarəedilməsi standartı üzrə sertifikat əldə edib.    

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm və qonaqpərvərlik fakültəsi 20 noyabr 2019-cu il tarixində,  eyni zamanda İSO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülüb və cari ilin yanvar ayında keçirilən auditdən sonra yenidən sözügedən standart üzrə sertifikata sahiblənib. 

ATMU-nun adıçəkilən sertifikata layiq görülməsi müvafiq ixtisaslar üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğun təhsil siyasəti həyata keçirdiyinin göstəricisidir.