Livanın “Ən-Nahar” qəzeti internetdə yayılan və Suriya prezidenti Bəşər Əsədin istefasını elan etdiyi iddia edilən videonun rəqəmsal texnologiyadan istifadə edilərək saxta olduğunu sübut edib.

“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, videoda Suriya lideri prezidentlikdən imtina etdiyini və səlahiyyətlərini Xalq Şurasının sədrinə təhvil verdiyini bildirir.

Nəşr vurğulayır ki, bu, "deepfake" texnologiyasından istifadə etməklə manipulyasiyanın bariz əlamətidir.Video Suriya prezidentinin prezident seçkilərində qələbəsi münasibətilə xalqa televiziya ilə müraciət etdiyi 28 may 2021-ci il tarixli orijinal kadrlardan istifadə edilməklə hazırlanıb.

Reallıqda Əsəd istefa verdiyini açıqlamayıb.

Nuranə Abbasova