SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon"u Ucar rayonunun Şahlıq kəndində qurulacaq.

"Unikal" xəbər verir ki, 11 sentyabr saat 11:00-dan 12:00-dək "Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası Ucar rayonunun Şahlıq kəndində (poçt məntəqəsinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq qaz təchizatı ilə bağlı problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.