Türkiyənin keçmiş kriptovalyuta şirkətinin baş direktoru Faruk Fatih Özerə qarşı dələduzluq işi ilə bağlı qərar verilib.  

"Unikal" xəbər verir ki,  “Thodex” kriptovalyuta birjasının qurucusu olan Faruk məhkəminin qərarı ilə 2 milyard dollarlıq müştəri vəsaitini oğurladığı üçün rekord həbs cəzası alıb.  

Məlumata görə, 11 saat davam edən məhkəmədə  “Thodex”in qurucusu, onun böyük bacısı Serap Özər və böyük qardaşı Güvən Özər 11 min 196 il 10 ay 15 gün həbs və 135 milyon lirə (8 547 581 azn) pul cəzasına məhkum ediliblər.

Onlar “xüsusi dələduzluq”, “təşkilat yaratmaq, idarə etmək və üzv olmaq” və “əmlak dəyərlərini yumaq” cinayətlərinə görə həbs edilib.

Fatih Faruk Özər 30 avqust 2022-ci ildə Albaniya saxlanılıb.