Şimali Koreya dövlət başçısı Kim Çen İnin rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Rusiyaya gedəcəyi açıqlanıb.

"Unikal" xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, K.Ç.İn tezliklə Rusiyaya səfər edəcək və V.Putinlə görüşəcək. Xəbərdə səfərin yer və saatı paylaşılmayıb.

Cənubi Koreyanın “Yonhap” informasiya agentliyi isə Kim Çen İnın olduğu qatarın artıq yola düşdüyü yazılıb.

Xüsusi zirehli qatarla səyahətinin təxminən 20 saat çəkəcəyi gözlənilən Kim Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumuna qatılacaq.

Qeyd edək ki, Kim Çen İn Şimali Koreyanın sabiq başçısı, atası Kim Çen İrin təyyarə xofu səbəbindən 17 illik fəaliyyəti dövründə həmişə qatarla səyahət edir. Amma onu da bildirək ki, Çin və Rusiyaya qatarla səyahət edən ata Kim 2011-ci ildə qatarda səfərdə ikən infarkt keçirərək ölüb.

“The New York Times” Şimali Koreya başçısının Rusiyaya səfərindən yazıb və Kimin Putinlə görüşünün “Ukraynadakı müharibədə rəsmi Moskvanın daha çox silahla təmin edilməsi imkanları və müxtəlif sahələrdə hərbi əməkdaşlığı müzakirə etmək üçün” olduğundan yazıb.

15:13

Şimali Koreya lideri Kim Çen In Rusiyaya rəsmi səfər edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti açıqlayıb. 

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Kim Çen In yaxın günlərdə Rusiya Federasiyasına rəsmi səfər edəcək", - məlumatda deyilir.

***13:03

Rusiya lideri Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında sentyabrın 13-də görüş baş tuta bilər. 

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Donga" nəşri yazıb. 

Məlumata görə, Şimali Koreya rəhbərinin lüks zirehli qatarı artıq Vladivostoka doğru hərəkət edir. 

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, qatar sentyabrın 10-da günorta saatlarında Pxenyandan yola düşüb və sentyabrın 12-də sərhədi erkən keçəcək.

Kremlin sözçüsü Dmitri Peskov isə ölkə liderləri arasında görüşün planlaşdırılmadığını bildirib. 

Ağarza Elçinoğlu