Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan sosial şəbəkədə məlumat verib.
Türkiyə və Ermənistan liderləri ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər.
Söhbət zamanı Ərdoğan və Paşinyan vurğulayıblar ki, regionda uzunmüddətli sülh və sabitlik bütün region ölkələrinin inkişafına və rifahına töhfə verəcək.
Tərəflər bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini qeyd ediblər.
*** 18:39
Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Nuranə Abbasova