Bədəninin 23 nahiyəsində eyni zamanda estetik əməliyyat etdirən sankt-peterburqlu qadın dünyasını dəyişib. 

“Unikal” Rusiya Teleqram kanallarına istinadən xəbər verir ki, 47 yaşlı Anna F. bədəninin bir neçə nahiyəsinin - kürəyinin, belin, qarnının yuxarı hissəsinin, qabırğasının liposaksiyasından, həmçinin alnını, qaşlarını, çənəni, süd vəzilərini və ombasını əməliyyat etdirdikdən sonra dünyasını dəyişib.

Bütün əməliyyatları eyni zamanda “Abrielle” direktoru Mariya Burlova edib. Polis hadisəni araşdırır. 

Nuranə Abbasova 

Fotoda: həkim Mariya Burlova