Yeni Zelandiyada alpinist 600 metr hündürlükdən yıxılaraq sağ qalıb.

"Unikal" "Daily Mail"ə istinadən xəbər verir ki, o, yüngül xəsarətlərlə xilas olub.

Məlumata görə, həmin şəxs və bir qrup alpinist Yeni Zelandiyada Taranaki dağının zirvəsinə qalxırmış. O, qəflətən müvazinətini itirərək yıxılıb. Onu axtarmaq üçün aşağı enən qrup üzvləri alpinisti sağ və xəsarət almadan tapıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, alpinistin sağ qalması möcüzədir.