Avstriya kansleri Karl Nehammer Avropa İttifaqının (AB) Türkiyə ilə 18 il əvvəl başlayan, lakin 5 ildir dondurulmuş danışıqlar prosesinin rəsmi olaraq dayandırılmasını tələb edib.

"Unikal" xəbər verir ki, Almaniyanın “Die Welt” qəzetinin suallarını cavablandıran Nehammer “Bir-birimizə qarşı dürüst olmamız vacibdir” deyən Aİ-nin Türkiyənin birliyə daxil olmaq şansının olmadığını açıq şəkildə bildirməsi lazım olduğunu deyib.

"Yaxşı qonşuluq münasibətləri üçün başqa bir yol tapılmalı və Aİ ilə Türkiyə arasında iqtisadi və siyasi məsələlərdə qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan yeni tərəfdaşlıq qurulmalıdır", - deyən Avstriyanın baş naziri əlavə edib: "Biz Ankara ilə Brüssel arasında daha böyük yaxınlaşmanın tərəfdarıyıq. Ancaq Türkiyənin AB-yə üzv olması "Avstriya üçün tam üzvlük qətiyyən qəbuledilməzdir..