Liviyada daşqın zamanı itkin düşənlərin sayı 7 minə çatıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Benqazidəki Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Derna şəhərində təxliyə olunan ailələrin sayı 20 minə, itkin düşənlərin sayı isə 7 minə yaxındır.

Daha əvvəl 5 minə yaxın insanın itkin düşdüyü bildirilirdi.

Nuranə Abbasova