Gürcüstan hökuməti Çin vətəndaşları üçün viza rejimini ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Çin vətəndaşları Gürcüstana səfər etdikləri zaman 30 gün müddətində vizasız qala biləcəklər.

Baş nazirin sözlərinə görə, bu qərar Çindən Gürcüstana daha çox turistin gəlməsi və iqtisadi sərmayələrin artması məqsədilə qəbul edilib.