Almaniya millisinin üzvü İlkay Gündoğan dünən Fransaya qarşı oyunda zədələnib.
"Unikal" xəbər verir ki, futbolçunun zədəsinin müddəti Barselona şəhərinə qayıtdıqdan sonra keçəcəyi tibbi müayinələrdən sonra bəlli olacaq.
Qeyd edək ki, matç almanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.