Qaxda qəzada 3 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, Qax rayonunun İngiloy Kötüklü kənd sakini, 1991-ci il təvəllüdlü Okrocanaşvili Romani Rajoyeviçin idarə etdiyi “Mercedes” markalı avtomobil Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən ağaca çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsində olan 3 sərnişin xəsarət alaraq Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Seymur Əli