İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayonun Sədiyan kənd sakini, 1951-ci il təvəllüdlü Nəsirov Səhrab Fərhad oğlu bu gün axşam saatlarında yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. 
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Şahnəzər Bəşirov