Amerikalı milyarder İlon Mask özünü idarə edən Tayvan adasını “Çinin ayrılmaz hissəsi” adlandırıb.

"Unikal" CNN-ə istinadə xəbər verir ki, Mask bunu Kaliforniyada keçirilən All-in sammitində onlayn iştirakı zamanı deyib. 

"Pekinin siyasəti Tayvan və Çinin yenidən birləşməsidir. Tayvan Çinin ayrılmaz hissəsidir", - Mask bildirib.  

 Tayvanın xarici işlər naziri Cozef Vu Maskın bu açıqlamasına sərt reaksiya verib.

"Ümid edirik ki, Mask Çin Kommunist Partiyasından öz vətəndaşları üçün "X" platformasını açmağı xahiş edə bilər. Bəlkə o, Ukraynanın Rusiyaya qarşı əks-hücumunu pozmaq üçün Starlink-i bağlamaq kimi bu qadağanın yaxşı bir həll olduğunu düşünür. Qulaq asın, Tayvan Çinin bir hissəsi deyil”, - Vu "X" şəbəkəsindəki səhifəsində yazıb.