Türkiyənin Konya şəhərində iki rəfiqə bir-birilərinə sarılaraq 15 mərtəbəli binanın damından atılıblar. 

"Unikal" xəbər verir ki, 19 yaşlı İlayda Ç. və 18 yaşlı Lətifə Nur Ş. sevgililərinə intihar edəcəklərini bildiriblər. Bundan sonra onlar yaşadıqları binanın 15-ci mərtəbəsindən atılıblar.  

Hər iki gənc qız həyatını itirib. Hadisə isə anbaan kameralara  əks olunub. Qızların intiharı ilə bağlı cinayət işi açılıb.