Xaçmaz rayonunun Yaquboba kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının taxtadan ibarət tavanı 30 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.