İmişli şəhərində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.