Salyan şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 3 otağının qamışdan ibarət tavanı və dam örtüyünün yanar konstruksiyaları 48 m² sahədə yanıb.

"Unikal" xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.