Liviyada sel fəlakəti üçün bölgəyə göndərilən beynəlxalq xilasetmə qrupu yol qəzası keçirib.

"Unikal" xəbər verir ki, təbii fəlakətdə 5-i Yunanıstan xilasetmə qrupundan olmaqla ümumilikdə 7 nəfər həyatını itirib, ən azı 10 nəfər yaralanıb.

Liviya mətbuatında yer alan xəbərlərdə qəzanın seldən ən çox təsirlənən Derna şəhəri yaxınlığında baş verib.

Yunanıstan Baş Qərargahından verilən açıqlamada günorta saatlarında Liviyaya kömək üçün gedən Silahlı Qüvvələrdən tibb işçilərini daşıyan avtobusun qarşı tərəfdən gələn avtomobillə toqquşduğu açıqlanıb.