Moskva Fizika-Texniki İnstitutunun (MIPT) mütəxəssisləri minaların uzaqdan aşkarlanması üçün hava dronları əsasında radar hazırlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"PUA torpaq, su və ya qar örtüyü təbəqəsi altında yerləşən obyektləri aşkar etmək və araşdırmaq üçün nəzərdə tutulmuş radardır. Onun işləmə prinsipi bütün radarlarla eynidir - cihaz müəyyən uzunluqda radio dalğası yayır, sonra isə obyektin əks etdirdiyi şüalanmanı qeydə alır. Yerə nüfuz edən radar vəziyyətində, bu impuls yuxarı və ya yan deyil, aşağıya doğru yönəldilir", - məlumatda deyilir.
Rus alimlərinin bu məsələdə irəliləyişi süni intellektdən (AI) istifadə edərək radar tərəfindən əldə edilən məlumatların toplanması və emalı üsullarındadır. Süni intellektdən istifadə istənilən obyektlərin aşkarlanması sürətini əhəmiyyətli dərəcədə artırır.