Ölkədə fəaliyyət göstərən informasiya saytlarında Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlunun Laçında ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olduğu və onların “AzərEnerji” ASC-nin əməkdaşı olmaları barədə məlumatlar yayılıb.
Qurumdan "Unikal"a verilən məlumata görə, hadisə nəticəsində həlak olanlar “Azərenerji” ASC-nin deyil, ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.
“AzərEnerji” ASC həlak olanların yaxınlarına dərin hüzünlə başsağlığı verir.
****09:54
Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in mətbuat xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, “Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində Azərenerji-nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.
Araşdırma aparılır.