Qarabağda silahlı qarşıdurmanın kəskin şəkildə artması ilə əlaqədar olaraq, biz münaqişə tərəflərini qan tökülməsini dərhal dayandırmağa, hərbi əməliyyatları dayandırmağa çağırırıq.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb. 

XİN Qarabağ ətrafındakı vəziyyətlə bağlı qeyd edib ki, Qarabağın taleyinə 2022-ci ilin oktyabrında və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə rəsmi İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması köklü şəkildə təsir edib: "Bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının imzalanmasının əsas şərtlərini, habelə Rusiya sülhməramlı kontingentinin mövqeyini dəyişdi.

Sülhməramlılar bölgədə yerləşdiyi vaxtdan atəşkəs rejiminin qorunması və Azərbaycan və Ermənistan tərəfləri arasında təmasların təmin edilməsi vəzifələrini vicdanla yerinə yetirib. Sülhməramlılarımız humanitar vəziyyəti düzəltmək üçün səyləri əlaqələndirmiş, həmçinin Bakı ilə Xankəndi arasında birbaşa dialoqun başlanmasına töhfə vermişlər. Hətta bu saatlarda sühməramlılar mülki əhaliyə yardım göstərir və təxliyə ilə məşğul olur.

İndi əsas məsələ Qarabağ probleminin sülh yolu ilə həlli üçün bütün addımları əks etdirən 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusunun icrasına təcili qayıtmaq, silahlı qarşıdurmanı dayandırmaq və mümkün olan hər şeyi etməkdir". 

Ağarza Elçinoğlu