Sentyabrın 20-si saat 22:50 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Zod istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.
"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - deyə məlumatda bildirilir.