Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşdə Azərbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edir.
Bu barədə "Unikal"a açıqlamasında Ramin Məmmədov özü məlumat verib.
Qeyd edək ki, deputat Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmişdi.
Xatırladaq ki, R. Məmmədov bu il martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü.
Anar Kəlbiyev