Bakıda yataqxanada yanğın olub.
FHN-dən "Unikal"a verilən məlumata görə, Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 6 m² olan hamam otağında 1 ədəd paltaryuyan maşın və taxtadan ibarət pəncərə çərçivəsi yanıb.
Yataqxana binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.