Real Madrid” İspaniya La Liqasının VII turunu inamlı qələbə ilə başa vurub.

"Unikal" xəbər verir ki, “kral klubu” öz meydanında “Las Palmas”a qalib gəlib - 2:0.

Hesabı 45+2-ci dəqiqədə Brahim Dias açıb. 54-cü dəqiqədə isə Xoselu oyunda son nöqtəni qoyub.

Xallarını 18-ə çatdıran “Real Madrid” 17 xalı olan “Barselona”ı geridə qoyaraq ikinci pilləyə yüksəlib. “Las Palmas” beş xalla 17-cidir.