Türkiyə Superliqasının 3-cü turunun tərixə salınmış matçında “Fənərbağça” öz meydanında “Başakşehir”i qəbul edib.
"Unikal" xəbər verir ki, ilk 20 dəqiqədə rəqibin qapısından 3 top keçirən meydan sahibləri yekunda daha bir qol vuraraq darmadağına imza atıblar – 4:0.
Beləliklə də, cari mövsümün ilk 6 turunu itkisiz başa vuran “Fənər” 18 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Cəmi 3 xalı olan “Başakşehir” isə 17-ci sıradadır.