Türkiyədə yağan leysan yağışları İstanbul hava limanlarında uçuşların gecikməsinə və təxirə salınmasına səbəb olub.

"Unikal" xəbər verir ki, İstanbulda leysan yağışları bir neçə saatdır davam edir. Şəhər kənarında bəzi ərazilərdə daşqınlar müşahidə olunub. Sinoptiklərin xəbərdarlığına görə axşam saatlarında da intensiv yağışlar davam edəcək.