İranın Espinas Palace otelində “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun heykəli qoyulub.

"Unikal" xəbər verir ki, Portuqaliyalı "Persepolis"lə Asiya Çempionlar Liqası oyununda iştirak etmək üçün sentyabrın 18-də Tehrana gəlib.

Daha sonra azarkeş izdihamı otelin foyesinə daxil olaraq Ronaldonun adını qışqırıblar.

Portuqaliyalı 2023-cü il yanvarın 2-də “Əl-Nasr”a keçib. Klubla bağladığı müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.