Bakı dairəvi yolunun yaxınlığında bir qrup gənc sürücülərə təhlükəli anlar yaşadıb.
"Unikal" xəbər verir ki, onlar hündürlükdən magistral yola təkər atıblar. Xoşbəxtlikdən onların bu "əyləncə"si hansısa qəzaya səbəb olmayıb.
DİN-dən bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar və hazırda araşdırma aparılır:
"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - deyə qeyd olunub.