Bərdədə mikroavtobusla minik avtomobili toqquşub.

"Unikal" xəbər verir ki, hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 10-XB-318 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı mikroavtobusla 09-BK-019 dövlət qeydiyyat nişanlı "VAZ2104" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində iki nəfər - Bərdə rayon Uğurbəyli kənd sakini, 1966-cı il təvəllüdlü Məhərrəmova Sevda Şükür qızı və onun həmkəndlisi, 1961-ci il təvəllüdlü Məhərrəmova Cəmilə Möhsün qızı xəsarət alıb.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.