" "Mühasibat uçotu haqqında" qanuna təklif edilən dəyişiklik vacib məqamlardandır. Əvvəllər də bu qanunu müzakirə edərkən ölkədə şəffaflığın təmin edilməsi, uçotun düzgün həyata keçirilməsi və digər məsələlərlə bağlı qanunun vacib olduğunu qeyd etmişdik".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mühasibat uçotu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Mahir Abbaszadə deyib.
Deputat qeyd edib ki, bunlar Azərabycan iqtisadiyyatında şəffaflığın və uçotun təmin olunmasına böyük təsir göstərəcək:
"Mühasibat uçotunun elektronlaşması günümüzün tələbidir. Amma niyə iri sahibkarlara, xüsusilə, özəl sektora tətbiq edilir, büdcə təşkilatlarına bu tələb qoyulmur? Bütövlükdə, qanun layihəsi olduqca mütərəqqidir".
Anar Kəlbiyev