"Rusiya və Türkiyə Yaxın Şərq ölkələrində vəziyyətin gərginləşməsi məsələsində təmasdadır".

"Unikal" xəbər verir ki,  bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Pxenyanda mətbuat konfransında deyib.    

O, Türkiyənin sülh yolu ilə nizamlanma məqsədilə Fələstin-İsrail tərəfləri üçün qarant ölkələr sistemi yaratmaq təklifini belə şərh edib.

"Biz istənilən konstruktiv təklifləri müzakirə etməyə hazırıq. Ötən gün eşitdiyim bu təşəbbüs açıq şəkildə deeskalasiyaya nail olmaq və vəziyyəti normallaşdırmaq istəyi ilə diktə olunub ", - nazir əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Rusiya hər iki tərəfin maraqlarının balansına əsaslanan istənilən yanaşmanın tərəfdarıdır. Onun fikrincə, Türkiyə belə bir tarazlığı təmin edə bilər.

Gülayə Mecid