İsrailin hakim Likud Partiyasından olan Amir Veitmann “Russia Today” telekanalına müsahibəsində Moskva administrasiyasını təhdid edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiyanın İsrailə münasibətinə reaksiya verən Veitmann, "Burada (Fələstin) işimiz bitdikdə növbə sizə gələcək. Siz İsrailin düşmənlərini (HƏMAS) dəstəklədiniz, bunu heç vaxt unutmayacağıq. Biz bunu heç vaxt unutmayacağıq. Ukraynanın qalib gəlməsi üçün əlimizdən gələni edəcəyik", - deyib.  

Güclü olduqlarını və müharibədə qalib gələcəklərini ifadə edən siyasətçi açıqlamasına belə davam edib: "Mən bilirəm ki, ruslar sizin maaşınızı verir və bu kanalda rus təbliğatı var, amma diqqətli olmalısınız. Biz qalib gələcəyik və bu müharibəni bitirəcəyik. Çünki biz güclüyük". 

Gülayə Mecid