Fransanın səkkiz hava limanında bomba təhlükəsi ilə bağlı boşaldılıb.

"Unikal" xəbər verir ki, onlardan üçündə təxliyə işləri aparılır.

Qeyd olunur ki, Renn, Tarb və Bezye hava limanları boşaldılmağa başlayıb. Lill, Bovye, Nante, Po və Brestye hava limanlarına da bomba təhlükəsi xəbəri verilib.

Qeyd edək ki, oktyabrın 18-də ölkə üzrə 15 hava limanı boşaldılıb, ertəsi gün bir sıra hava limanlarında insidentlər təkrarlanıb.