Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib.

Bu barədə "Unikal"a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində zəlzələ qeydə alınmışdır”, – Mərkəzin məlumatında deyilir.

Yerli vaxtla 06.09-da qeydə alınan yeraltı təkanların ocağı 62 km dərinlikdə olub.

Qeyd edək ki, bu gün saat 00.58-də Masallı rayonunda da zəlzələ baş verib.