Slovakiya hökuməti Ukraynaya hərbi yardımları dayandıracağını açıqlayıb.

"Unikal" xəbər verir ki, bunu Slovakiyanın yeni baş naziri Robert Fiço bildirib.

“Mən Ukraynaya sıfır hərbi yardımın tərəfdarıyam. Hərbi əməliyyatların dərhal dayandırılması Ukrayna üçün ən yaxşı həll yoludur. Avropa İttifaqı silah tədarükçüsündən sülhməramlıya çevrilməlidir”, - Slovakiyanın baş naziri bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyaların tətbiqini dəstəkləməyəcək.

“Rusiyaya qarşı sanksiyaların Slovakiyaya təsirinin təhlilini görməsək, mən heç bir sanksiyaları dəstəkləməyəcəyəm. Əgər bizə zərər verən sanksiyalar varsa, əksər sanksiyalar bunu edirsə, mən onları dəstəkləmək üçün heç bir səbəb görmürəm”, - deyə Fiço bildirib.