"Mən diaspordakı dostlarıma, tanışlarıma və tanımadığım insanlara müraciət etmək istəyirəm: gəlin, tariximizin həlledici məqamında bir-birimizin əllərindən tutaq ki, ölkəmizi itirməyək"

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili şəxsi sosial şəbəkəsində bildirib. 
Mixail Saakaşvilinin sözlərinə görə, onun xahişi ilə “Milli Hərəkat”ın liderləri diaspor nümayəndələri ilə görüşür.

“Qarşıdan gələn seçkilər öz əhəmiyyətinə görə tarixidir və Gürcüstanda Kommunist Partiyasının məğlub olduğu və milli hərəkatın qalib gəldiyi 1990-cı il seçkilərinə bərabərdir.
Əgər gürcü xalqı növbəti seçkilərdə qalib gələ bilməsə, oliqarxın hakimiyyəti həmişəlik möhkəmlənəcək və Gürcüstan dövləti sürətlənmiş templə sona gedəcək.
Odur ki, harada olmasından asılı olmayaraq, bütün gürcülərin bu seçkilərdə iştirakı həlledicidir.
Mənim xahişimlə “Qələbə Koalisiyası” nümayəndə heyəti Amerikada diasporla görüşür - Tina Bokuçava, Petre Tsikarişvili, Qiorqi Vaşadze seçkilərlə bağlı tədbirləri əlaqələndirəcək, Sofo Caparidze eyni məqsədlə İspaniya və İtaliyada olub, növbəti görüş ABŞ, Almaniya, Yunanıstan və digər Avropa ölkələrində olacaq.
Növbəti seçkilərdə əvvəlki seçkilərlə müqayisədə biz qeydiyyatdan keçib on dəfə çox insan gətirməliyik, ona görə də diaspordakı dostlarıma, tanışlarıma, tanımadığım insanlara müraciət etmək istəyirəm: gəlin  bu həlledici məqamda tariximizi, ölkəmizi itirməmək üçün bir-birimizin əlindən tutaq"-  deyə Saakaşvili qeyd edib.