Çeçenistan rəhbəri Ramzan Kadırov yeni batalyonun yaradıldığını deyib.
"Unikal" xəbər verir ki, birləşmənin yerləşəcəyi bazanın tikintisini elan edib.
"Komandir Bexan Çalayevin rəhbərliyi altında bölmə 300 döyüşçüdən ibarət olacaq", - məlumatda deyilir.
Kadırov əlavə edib ki, Baysanqur Benoyevski adına batalyon Şimali Qafqaz Dairəsinin Milli Qvardiyasının strukturuna daxil olacaq.
Baysanqur Benoyevski 19-cu əsrin çeçen komandiri və 1860-1861-ci illər üsyanının liderlərindən biridir. Respublikada bir neçə küçə onun adını daşıyır.