"Azərbaycan kommunikasiyaların yenidən açılmasında maraqlıdır".
"Unikal" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov "X" hesabında yazıb.
"Ermənistan Azərbaycandan qaz idxal edə bilərmi? Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi də bunu istisna etmir. Azərbaycan həmçinin kommunikasiyaların yenidən açılmasında maraqlıdır. Sülh müqaviləsinin imzalanmasından sonra Qafqazda yeni nizamın formalaşacağı gözlənilir. Bütün yollar sülhə aparır", - deyə millət vəkili bildirib.
Qeyd edək ki, Ermənistan Respublikasının ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan Tbilisidə keçirilən "İpək yolu" forumunda bildirib ki, Ermənistan siyasi məsələləri həll etdikdən sonra Azərbaycandan qaz almağa hazırdır.
Ağarza Elçinoğlu