Moskvanın Xamovniçeski Məhkəməsi şahmat üzrə 13-cü dünya çempionu Qarri Kasparovu xarici agentlər haqqında qanunu pozduğuna görə 40 min rubl məbləğində cərimələyib.
"Unikal" xəbər verir ki, bu barədə məhkəmə məlumat yayıb.
“Məhkəmə Kasparovu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 4-cü hissəsi (səlahiyyətli orqana məlumatların təqdim edilməməsi, Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyinə uyğun olaraq təqdim edilməməsi) ilə təqsirli bilib və onu 40 min rubl cərimə cəzasına məhkum edib”.
Rusiya Federasiyasının Ədliyyə Nazirliyi əvvəllər Kasparovu xarici agent funksiyalarını yerinə yetirən şəxslərin reyestrinə daxil edib.