Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza böhranı fonunda Qərb ölkələrini ikiüzlülükdə və ikili standartlar siyasətində ittiham edib.

"Unikal" xəbər verir ki, Türkiyə lideri bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçirilən sammitində çıxış edib.

"ABŞ başda olmaqla, Qərb ölkələri Qəzzada baş verən qətliamı uzaqdan səssizcə müşahidə etməklə kifayətlənirlər. Onlar atəşkəsə çağırışı etməkdə çox acizdirlər. Qurani-Kərimin yandırılmasına göz yumanlar, Fələstin bayrağına dözə bilmirlər. Oktyabrın 7-dən bəri gördüyümüz ikiüzlülük nümunələrini çoxaltmaq olar”, – Ərdoğan vurğulayıb.