ABŞ HƏMAS-ın yüksək rütbəli rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bu, oktyabrın 7-də İsrailin cənubuna hücumdan sonra HƏMAS-a qarşı tətbiq edilən üçüncü sanksiyadır.

Böyük Britaniya da HƏMAS-a qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiya siyahısına düşən yeni şəxslər arasında HƏMAS-ın qurucularından biri, Fələstin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Mahmud əz-Zahar da var.