Almaniyanın Bild nəşri yazır ki, İsrail bir aydan çoxdur ki, təkcə cənubda Həmas ilə deyil, həm də ölkənin şimalındakı çox güclü Hizbullah təşkilatı ilə müharibə aparır. 

"Unikal" xəbər verir ki, HƏMAS artıq silahlarının böyük hissəsini istifadə edib və hazırda “yasamaq uğrunda mübarizə aparır” və “Hizbullah” yəhudi dövlətini “məhv etmək” üçün hərbi potensialını belə ortaya qoymağa belə başlamayıb. Bu günə qədər yaraqlılar İsrailə 100-dən çox Rusiya istehsalı olan tank əleyhinə “Kornet” raketi atıb. 

Nəşr vurğulayır ki, İran rejimi Livandakı proksi qüvvələrinə SEPAH-ın istifadə etdiyi bütün növ silahları ötürüb.