Qarabağı tərk etmiş insanların qayıtmaq hüququ var.
"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller noyabrın 14-də keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Qarabağı tərk etmiş insanların istədikləri təqdirdə "vətənə" qayıtmaq hüququna malik olduqlarına inanmaqda davam edirik və onların hüququna hörmət edilməlidir", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu